Randevu alın

Service

Distribüterlik fəaliyyəti

Şirkətimiz çiyələk təsərrüfatları üçün vacib olan kənd təsərrüfatı dərmanları və texniki məhsulların rəsmi distribüteridir. Biz, Codiagro, Van Iperen və digər beynəlxalq brendlərin Azərbaycandakı rəsmi təmsilçisiyik. Bu məhsullar xüsusilə çiyələyin böyümə dövründə istifadə olunan gübrələr, yarpaq gücləndiriciləri, kök sistemini stimullaşdıran maddələr və xəstəliklərə qarşı qoruyucu preparatlardan ibarətdir.

Distribüterlik fəaliyyətimiz çiyələk yetişdiricilərinə yüksək keyfiyyətli, orijinal və effektiv məhsulların birbaşa və sərfəli şəkildə çatdırılmasını təmin edir. Eyni zamanda fermerlərə məhsul seçimi, tətbiqi və dozajı ilə bağlı aqronom dəstəyi də göstəririk. Məqsədimiz, çiyələk sahələrində məhsuldarlığın artırılması, xəstəliklərin qarşısının alınması və ixrac keyfiyyətinə uyğun məhsul yetişdirilməsidir.

Xidmətlərimiz

Çiyələkdə Liderik

Əkin, qulluq, ixrac.

Wave
Bizimlə əlaqə Flower