Randevu alın

Haqqımızda

ZTB Agro

ZTB Agro MMC 2022-ci ildə təsis edilmiş və qısa müddət ərzində kənd təsərrüfatı sahəsində çoxşaxəli fəaliyyəti ilə seçilən bir şirkətə çevrilmişdir. Fəaliyyətimizin əsas istiqamətləri müasir aqrotexnoloji həllərin tətbiqi, yüksək keyfiyyətli gübrə və dərman vasitələrinin idxalı, eləcə də meyvə-tərəvəz təsərrüfatlarının təşkili və inkişaf etdirilməsidir.

Şirkətimiz:

  • Çiyələk və kartof təsərrüfatları ilə məşğul olur, müasir aqrotexnologiyalar əsasında məhsuldar əkini həyata keçirir;

  • CodiagroVan Iperen kimi beynəlxalq tanınmış şirkətlərin Azərbaycandakı rəsmi distribüteridir – bu çərçivədə yüksək keyfiyyətli bitki dərmanları və gübrələrin satışını həyata keçiririk;

  • Bitki dərmanlarının və gübrələrin idxalı və topdan satışı ilə yanaşı, kənd əhalisi və öz bağlarımız üçün də satış və tətbiq fəaliyyəti aparırıq;

  • Amerika, İspaniya və Türkiyədən yüksək məhsuldar, xəstəliklərə davamlı çiyələk ştillərinin ölkəyə gətirilməsini təşkil edirik;

  • Yerli təsərrüfatların inkişafına dəstək olaraq damlama suvarma sistemləri və digər texniki avadanlıqların satışı ilə də məşğuluq;

  • Əldə etdiyimiz məhsulların keyfiyyətinə güvənərək, meyvələrin xarici bazarlara ixracı istiqamətində uğurlu addımlar atırıq.

ZTB Agro olaraq məqsədimiz, Azərbaycanda kənd təsərrüfatı sahəsində dayanıqlı inkişafı təşviq etmək, fermerlərə etibarlı məhsullar və həllər təqdim etməklə, həm yerli, həm də beynəlxalq bazarlarda rəqabətqabiliyyətli fəaliyyət göstərməkdir.

About Shape
Shape
Tez-tez verilən suallar
Shape Shape Shape